“Molla Nəsrəddin lətifələri: müasir elmi yanaşmalar və milli folklorşünaslıq təcrübəsi” mövzusunda konfrans keçirilib

“Molla Nəsrəddin lətifələri: müasir elmi yanaşmalar və milli folklorşünaslıq təcrübəsi” mövzusunda konfrans keçirilib
# 27 noyabr 2019 15:57 (UTC +04:00)

Noyabrın 27-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Molla Nəsrəddin lətifələrinin nəzəri-metodoloji kontekstdə araşdırılmasına həsr edilən “Molla Nəsrəddin lətifələri: müasir elmi yanaşmalar və milli folklorşünaslıq təcrübəsi” mövzusunda respublika elmi konfransı və "Dünyanı gəzən Molla Nəsrəddin" kitabının təqdimatı keçirilib.

APA xəbər verir ki, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli bildirib ki, Molla Nəsrəddin lətifələri folklor nümunələri içərisində öz lakonikliyi, fəlsəfi dərinliyi ilə xüsusi seçilir: "Lətifələrdə xalq müdrikliyi bütün dolğunluğu ilə əks olunub. Bu mənada lətifələrin tərcüməsi və nəşri, geniş ictimaiyyətə çatdırılması böyük əhəmiyyətə malikdir".

Folklor İnstitutunun direktoru Muxtar İmanov institut ilə SOCAR AQŞ-nin son illər Molla Nəsrəddin lətifələrinin tədqiqi sahəsində əməkdaşlıq etdiyini bildirib.

Akademik bildirib ki, Molla Nəsrəddin lətifələrinin müasir nəzəri-metodoloji aspektdən araşdırılması institutun prioritet istiqamətlərindən biridir. SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev də çıxışında Folklor İnstitutu ilə əməkdaşlıqdan söz açıb. O bildirib ki, iki cilddən ibarət olan Molla Nəsrəddin lətifələri, nüfuzlu bazalara daxil olan beynəlxalq elmi jurnallarda dərc olunmuş bir sıra məqalələr, mollanasreddin.az portalı əməşdaşlığın bariz nümunəsidir. Daha sonra "Dünyanı gəzən Molla Nəsrəddin" nəşri ilə bağlı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR