Murad Adıgözəlzadə Moskvada Çaykovski adına Konservatoriyanın böyük zalında konsert verib

Murad Adıgözəlzadə Moskvada Çaykovski adına Konservatoriyanın böyük zalında konsert verib
# 14 dekabr 2006 11:44 (UTC +04:00)
M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, piano ifaçısı Murad Adıgözəlzadə Moskvada Çaykovski adına Konservatoriyanın böyük zalında konsert proqramı ilə çıxış edib. Musiqiçi APA-ya verdiyi açıqlamasında bildirilib ki, konsert italyan dirijoru Rikardo Kapassonun rəhbərliyi ilə Rusiya Simfonik Orkestrinin müşayiəti ilə gerçəkləşib: “Bu zalda çıxış edən hər bir musiqiçi çox böyük həyəcan keçirir. Çünki bu konsert salonu dünya səviyyəlidir və akustikası çox güclüdür. Konsertdə Mendelsonun iki fortepiano və orkestr üçün konsertini ifa etmişəm. İkinci fortepianoda isə Rusiyanın xalq artisti Lyubov Timofey ifa edib”. M. Adıgözəlzadənin sözlərinə görə, bu yaxınlarda onun yeni səfərləri gözlənilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR