Flora Kərimova: “Maliyyə problemlərinə görə solo konsertim baş tutmayacaq”

Flora Kərimova: “Maliyyə problemlərinə görə solo konsertim baş tutmayacaq”
# 14 dekabr 2006 13:13 (UTC +04:00)
Xalq artisti Flora Kərimovanın bu ilin dekabrına nəzərdə tutulan solo konserti baş tutmayacaq. Bu barədə APA-ya açıqlama verən Flora Kərimovanın sözlərinə görə, buna səbəb sponsorların maliyyə imkanlarının məhdudluğudur. “Konsertimin təşkil olunması üçün tələb olunan vəsait sponsorların maliyyə imkanları xaricində olduğu üçün arzuladığım solo konsertim baş tutmayacaq. Şəxsən mən artıq solo konsert həvəsindən düşmüşəm. Çünki konsertə hazırlıq çox uzun çəkdi və vaxt tez-tez dəyişildi”. Flora Kərimova bildirib ki, hazırda sözləri Baba Vəziroğluna məxsus “Sənə güvəndiyim dağlar” mahnısına klip çəkilişlərinə hazırlaşır. Klipin rejissoru Ülviyyə Könbül olacaq: “Hazırda Ülviyyə Könül xarici səfərdə olduğu üçün klipin çəkilişləri yanvarda başlayacaq. Klipə heç bir müdaxiləm olmayacaq və bütün işləri yaradıcı heyətə etibar edəcəyəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR