Rəssamlar İttifaqının 65 illik yubileyi münasibətilə gənc rəssamların əsərlərindən ibarət sərgi açılıb

Rəssamlar İttifaqının 65 illik yubileyi münasibətilə gənc rəssamların əsərlərindən ibarət sərgi açılıb
# 14 dekabr 2006 15:46 (UTC +04:00)
Muzeylər Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının (ARİ) yaradılamsının 65 illik yubileyinə həsr edilmiş gənc rəssamların əsərlərindən ibarət sərginin açılış mərasimi olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ittifaqın sədri Fərhad Xəlilov bildirib ki, 65 illik yubileylə bağlı artıq ittifaqın binasının təmiri ilə bağlı danışıqlar gedir: “Biz 65 yaşlı ittifaqın fəaliyyət göstərdiyi məkanı təmir etdirəcəyik və bunun üçün çaılışırıq. Dünəndən başlayaraq rəssamlarımız 65 illik yubileyi yüksək səviyyədə qeyd edir. İlk tədbirimiz dünən mötəbər şəxslərin iştirakı ilə Səttar Bəhlulzadə adına sərgi salonunda keçirildi. Dekabrın 18-ə kimi öz tədbirlərimizi davam edəcəyik”. Çıxışında ARİ-nin tarixindən də danışan F. Xəlilov bildirib ki, ittifaq hər zaman dünyada tanınan rəssamlar yetişdirib və bu gündə tutduğu yolu davam etdirməkdədir: “Azərbaycanda rəssamlıq sənəti daima seçilib və bu gündə incəsənətimizin dünyada tanıdılmasında müstəsna xidmətləri olan rəssamlar var. Mədəniyyətimizin və incəsənətimizin inkişaf etməsi üçün gələcəkdə də öz səylərimizi əsirgəməməliyik”. Sərgidə 30-a yaxın gənc rəssamın rəngkarlıq, qrafika, heykəltəraşlıq janrında 130-a yaxın əsəri sərgilənib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR