“Almaniya-Azərbaycan Külltür Cəmiyyəti”nə yeni sədr seçilib

“Almaniya-Azərbaycan Külltür Cəmiyyəti”nə yeni sədr seçilib
# 18 dekabr 2006 08:58 (UTC +04:00)
Dekabrın 16-da Almaniyanın Hamburq şəhərində “Almaniya-Azərbaycan Külltür Cəmiyyəti”nin (Deutsch-Aserbaidschanischer Kulturverein Hamburg) növbəti iclası keçirilib. Cəmiyyətdən APA-ya verilən məlumata görə, iclasda qurumun sədrinin seçilməsi, gələcək fəaliyyət planının təsdiq olunması və s. məsələlər müzakirəyə edilib. Almaniyada yaşayan azərbaycanlı Ramiz Rahimov cəmiyyətin sədri seçilib. Qərara alınıb ki, 2007-ci ildə Xocalı soyqırımı, Novruz bayramı və 28 May Respublika Günü münasibətilə böyük tədbirlər keçirilsin. Həmçinin, Azərbaycan ədəbiyyatı antologiyasının nəşrə hazırlanması, rüblük jurnalın dərc olunması nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR