Minskdə Azərbaycan musiqi kollektivlərinin çıxışı ilə konsert keçiriləcək

Minskdə Azərbaycan musiqi kollektivlərinin çıxışı ilə konsert keçiriləcək
# 18 dekabr 2006 13:09 (UTC +04:00)
Dekabrın 26-da Minskdə Azərbaycanın bir sıra musiçiqilərinin iştirakı ilə konsert keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Konsertlə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, xalq artistləri Azər Zeynalov, Nəzakət Teymurova, Təranə Muradova həmin şəhərə səfər edəcəklər. Sənətçiləri qarmonda Etibar Qasımbəyli, tarda Əliağa Sədiyev, kamançada Elşən Malayev müşayiət edəcək. Sənətçilərimizin Belarusa səfəri dekabrın 27-də başa çatacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR