Xalq artisti Məlik Dadaşovun xatirə gecəsi keçiriləcək

Xalq artisti Məlik Dadaşovun xatirə gecəsi keçiriləcək
# 19 dekabr 2006 09:55 (UTC +04:00)
Dekabrın 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq artisti Məlik Dadaşovun xatirə gecəsi keçiriləcək. Bu barədə APA-ya teatrın direktoru Maqbet Bünyatov məlumat verib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq gecədə aktyorun oynadığı filmlərdən fraqmentlər nümayiş olunacaq. Tədbirdə mərhum aktyorun sənət dostları onun həyat və yaradıcılığından danışacaqlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR