Hazırda avtomobil sahibinin maddi durumu, onun aid olduğu təbəqə, dünya görüşü, həyata baxışları, özünün cəmiyyətdəki mövqeyinə münasibəti və təbii ki, sahibinin zövqü barədə zəngin məlumat toplusudur. Bütün bunlardan yetərincə xəbərdar olan insanlar da artıq avtomobil seçərkən onu ötürmək istədikləri qısa ismarıclarıyla “yükləyirlər”: məsələn, “mən varlıyam”, “müasirəm”, “antik əşyaları sevirəm”, “maraqlıyam”, “fərqliyəm” və s. - deyilmək istənilənlərin siyahısını xeyli uzatmaq olar. Söhbət üzdə olan sənət adamlarından və ulduzlaşdırılmış şəxslərdən gedəndə isə, bu siyahıya daha bir-neçə vacib mesaj əlavə olunur: “mənim işlərim əla gedir, mən hələ də populyarlığımın zirvəsindəyəm və mən əla qazanc sahibiyəm”. Bu gün də söhbət açmağa hazırlaşdığımız mövzu 45 sənət adamının arasında apardığımız sorğunun nəticələrinin şərhi ilə bağlıdır.
Sənətçilərin, daha dəqiq desək, şou-biznes əhlinin avtomobil parkına qısaca nəzər salmaq kifayətdir ki, peşə seçimindəki dəbin köklü sürətdə nədən dəyişdiyini və dövrümüzdə minlərlə yeniyetmə qız və oğlanın kosmonavtlıq, müəllimlik arzularının müğənnilik və ya şoumenlik arzuları ilə əvəzlənməsinin səbəbi aydın olsun. Bu, bir növ köhnə “taxta” rublun təzə avroya konvertasiyasına bərabər kimi dərin proseslərdən xəbər verən yeniləşmədir.
Digər şərhlərə keçməzdən öncə APA-nın sənət adamları arasında keçirdiyi sorğunun nəticələrinə nəzər salaq. Öncə bir neçə məqamı diqqətə çatdıraq. Sorğuda iştirak edən 45 sənət adamı avtomobillərinin modeli, dəyəri və arzusunda olduqları avtomaşınlar barədə 3 sualı cavablandırıb. Respondentlər müxtəlif yaş təbəqələrinə, sənətin müxtəlif növlərinə, sənət təcrübəsinə və son dərəcə fərqlənən istedada malik olanlar arasından seçilib. Seçim özünü doğruldub, çünki nəticədə bu amillərlə populyarlığın və populyarlığın məntiqi davamı olan varlılığın arasında heç bir əlaqənin olmadığı bəlli olur.
Cavablar sorğunun yekunlarını bir neçə məqama görə təsnifatlaşdırmağa imkan verir. Birinci təsnifatda maşınların qiyməti əsas götürülür. Şou-biznes nümayəndələri qiyməti 100 min dolları ötən avtomobillərinə və qiyməti 50-100 min dollar civarında olan avtomobillərə sahib olmalarına görə 2 cədvələ bölünüb. Beləliklə,
1. “100 minliklər”:
Avtomobil sahibi | Avtomobilin modeli | Avtomobilin dəyəri | Alındığı il | Arzu
| ||||||
Faiq Ağayev | Audi Q-7 | 120 000 | 2006 | Arzusuna çatıb | ||||||
Brilliant | Audi Q-7 | 120 000 | 2006 | Arzusuna çatıb | ||||||
Xatirə İslam | Audi Q-7 | 120 000 | 2006 | - | ||||||
Aygün Kazımova | Hummer N-2 | 120 000 | 2006 | Arzusuna çatıb | ||||||
Rəqsanə | Range-Rover | 117 000 | 2006 | Rolls-Royse | ||||||
Murad Dadaşov | İnfiniti G-X-56 | 100 000 | 2006 | Bentley | ||||||
Röya
|
| Lexus-470 Grand | ||||||||
Ədalət Şükürov |
| Lamborghini |
Sorğunun cavablarından göründüyü kimi, ən bahalı maşınlara Faiq Ağayev, Brilliant, Xatirə, Aygün və Rəqsanə sahib olsalar da, əslində, ən qiymətli maşın parkına Ədalət Şükürov və Röya sahibdirlər. Ümumilikdə, avtoparkının dəyəri 135 min dollar olmaqla, Ə.Şükürov siyahıya başçılıq edə bilər. Bu ardıcıllıqla 125 min dollarlıq avtoparkı olan Röya ikincidir. Sorğuda iştirak edən Xatirə isə ən bahalı maşının onun olduğunu, həmin maşını bu yaxınlarda satdığını söyləyib. Deyilənlərə görə, cəmi bir neçə ay öncə Xatirə 140 min dollarlıq maşına sahib olub.
2. 50-100 minlik avtomobillər və sahibləri:
Avtomobil sahibi | Avtomobilin modeli | Avtomobilin dəyəri | Alındığı il | Arzu
|
İlhamə Quliyeva | BMW limuzin | 90 000 | 2004 | arzusuna çatıb |
N.Qaraçuxurlu | Lexus Jeep | 80 000 | 2006 | arzusuna çatıb |
N.Qafarzadə | Lexus Jeep | 70 000 | 2005 | arzusuna çatıb |
Abbas | BMW X5 | 60 000 | 2005 | arzusuna çatıb |
Gülüstan Əliyeva | Lexus Jeep | 60 000 | 2006 | arzusuna çatıb |
İradə İbrahimova | Wolkswagen Jeep | 60 000 | 2006 | - |
Kamran Həsənli | Nissan Armada | 54 000 | 2006 | Arzusuna çatıb |
Namiq Qafarov (“N-Brothers”) | Mercedes-S class | 40 000 | 2005 | Ferrari |
Nazənin | Mercedes-E class | 36 000 | 2005 | Yoxdur |
Tünzalə | Mercedes-E class | 30 000 | 2001 | Jeep |
İntizar (“Şeron”) | Mercedes-S class | 30 000 | 2006 | BMW |
Eyyub Yaqubov | Subaru | 30 000 | 2006 | Yoxdur |
F.Bədəlbəyli | Nissan Jeep | 28 000 | 2005 | Willous |
Rafael (“Bu şəhərdə”) | Mercedes | 25 000 | 2006 | Mercedes |
Mənsum İbrahimov | Mercedes-E klass | 20 000 | - | - |
Ayaz Qasımov | Mercedes-230 | 18 000 | 2006 | Mercedes |
Mədinə (“Kristal” qrupu) | Mercedes-230 | 14 000 | 2005 | Mercedes-S class |
Cavan Zeynallı | Daewoo Leganza | 12 000 | 2003 | Mercedes Jeep |
Mübariz Tağıyev | Mercedes-S class | 12 000 | 2006 | Mercedes (yeni model) |
Azər Zeynalov | Mercedes | 11 600 | 1996 | Mercedes (yeni model) |
Anketdən də göründüyü kimi, Azərbaycanın şou-biznes dünyasında böyük fərqlə “Mercedes” markalı maşınlar üstünlük təşkil edir. Üstəlik, “Mercedes” həm də arzulanan maşınlar siyahısına başçılıq edir. Cavablarda müşahidə olunan daha bir maraqlı məqam avtomobillərin, ilk növbədə isə çox bahalı avtomobillərin böyük əksəriyyətinin 2006-cı ildə alınmasıdır. Bu, biznesin şou sahəsində işlərin yüksələn templə yaxşılaşmasından xəbər verir. Həmçinin qeyd etmək istərdik ki, sənətçilərin yalnız bir neçəsi avtomaşınlarının modelini dəqiqliklə bilir (cədvəldə bütün modellər sənətçilərin dediyi kimi göstərilib).
Şou-biznes nümayəndələri arasında sorğuda yarımçıq iştirak edənlər də olub. Bu, əsasən, maşının qiymətini, modelini deməkdən imtina edilməsi ilə özünü büruzə verir. Modellərdən də göründüyü kimi, qiymətin açıqlanmaması maşının ucuzluğu ilə izah olunduğu kimi, bəzi hallarda onun bahalığı və maddi durumun real vəziyyətinin gizlədilməsi cəhdi kimi də dəyərləndirilə bilər.
Maşının qiymətini gizlin saxlayanlar:
Manana - Mercedes-S class, 2004, ən çox arzusunda olduğu maşını sürür.
Aygün Bəylər - Range-Rover, 2006, arzusunda olduğu maşını sürür.
Samira Mercedes-190, 2006, arzusu naməlumdur.
Nazpəri - Mercedes S-class, 2002, arzusu naməlumdur.
Mətanət İsgəndərli BMW X5, 2005, arzusunda olduğu maşını sürür.
Cavanşir Məmmədov isə deyib ki, qara rəngli Limuzinini (QAZ-31) ona dostları hədiyyə edib. Qiymətini açıqlamayan sənətçi daim arzusunda olduğu maşın markalarını sürdüyünü deyib. Azərin isə bu il aldığı BMW avtomaşınını sürür, istədiyi maşına sahibdir və bu maşını kreditə alıb. Maşının kreditə götürənlərdən biri də Brilliant Dadaşovadır.
Nə qədər qəribə görünsə də, sənətçilər arasında hələ də Rusiya maşınlarını sürənlər var. Elariz Məmmədoğlu və “Şeron” qrupunun üzvlərindən olan Məlik “QAZ-31” sürürlər. Elariz maşınını 2003-cü ildə 6500 dollara alıb, arzusu isə “Hummer” sürməkdir. Məliyin arzuladığı avtomobil isə BMW-dir.
Maşınsızlar
Bu, sorğumuzun maraqlı məqamlarından biridir. Çünki bu siyahıda məhz adlı-sanlı şəxslər yer alıblar. Beləliklə, maşınsızlar:
Yaşar Nuri
Ramiz Quliyev
Aybəniz Haşımova
Könül Kərimova
Fuad Poladov
Çoşqun Rəhimov
Elnarə
Daha bir korifey sənətkar Səyavuş Aslan da işlənmiş maşına sahib olduğunu söyləyib. O özünün 1996-cı il “təvəllüdlü” “Opel” maşınından məlumat verərkən qeyd edib ki, hər zaman avtomobillərlə maraqlanıb. Alim Qasımov isə bildirib ki, maşınları rənginə və xarici görünüşünə görə seçir, maşınlar barədə eksklüziv arzusu isə yoxdur. Hazırda muğam ustası “Hyundai Jeep” sahibidir ki, onu da bu il alıb. Qiyməti barədə onu deyir ki, bahalı deyil.
Sorğuya cəlb olunan bir neçə sənət adamı müxtəlif səbəblərdən avtomobilləri barədə məlumat verməkdən imtina ediblər. Bu sıraya aktrisa Amalya Pənahova və müğənni Sevda Ələkbərzadə daxildir.
Beləliklə, nadir istisnalarla, şou-biznes aləmi və sənətə az-çox aidiyyəti olan şəxslər, yumşaq desək, pis dolanmırlar. Nəzərə alınmalıdır ki, qiyməti sadə azərbaycanlının ömrü boyu işləyib yığa bilmədiyi altıədədli rəqəmlərlə ölçülən avtomobillərin yaratdığı populyarlıq və imkanlılıq statusu sahiblərindən digər adekvat bahalıqda mallara da sahibliyi tələb edir: yəni, parlaq “ulduz”luluğa iddia edənlər həm də bahalı evlər, şəhər kənarında mülklər, bahalı mobil telefonlar və “bərkgedən” avtomobil və mobil telefon nömrələrə sahibdirlər. Sadalananlara sahib olmaq, parlayıb imkanlılar təbəqəsinə daxil olmaq üçün lazım gəldikdə, həyatlarını da şouya çevirməkdən çəkinməyənlər bu gün əslində biznesin ən uğurlu, ən gəlirli və ən qısa müddətdə qazanc gətirən növü ilə məşğuldurlar.
Şou-biznesmenləri digər uğurlu biznesmenlərdən fərqləndirən cəhətləri isə onların bəzilərinin efirdən və mətbuat səhifələrindən “mən 40 (30 il, 5 il və s.) ildir ki, xalqıma xidmət edirəm” deməklə, öz yüksək gəlirli bizneslərinə xeyirxahlıq, fədailik və xalqa təmənnasız xidmət statusu verməkləridir. Lakin diqqətinizə çatdıracağımız son dərəcə maraqlı siyahıya qısaca nəzər yetirmək kifayətdir ki, “xalqa xidmət”in əsasında duran toylarda 30 dəqiqəlik ifaya görə həmin xalqdan 1-3 min dollar, bir toya görə isə 2-8 min dollar tələb yada düşsün və onların əslində nəyə xidmət etdikləri aşkar görünsün. Bütün bunları söyləməkdə məqsədimiz heç də şou-biznesmenlərin qazanmaq hüququnu tapdalamaq deyil, hər şeyin öz adı ilə çağırılmasını istəməyimizdir. /APA/