Arif Məlikovun yaradıcılıq gecəsi keçirilib

Arif Məlikovun yaradıcılıq gecəsi keçirilib
# 20 dekabr 2006 10:30 (UTC +04:00)
Dekabrın 19-da Muğam Teatrında xalq artisti, professor Arif Məlikovun yaradıcılıq gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Muğam Teatrının direktoru Arif Qazıyev tanınmış bəstəkarın yaradıcılığından danışıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi Lalə Hüseynova isə Arif Məlikovun Azərbaycan musiqisinin dünyaya tanıdılmasında böyük xidmətləri olduğunu deyib. Yaradıcılıq gecəsində xalq artistləri Nəzakət Teymurova, Ramiz Quliyev, əməkdar artist Rəşidə Behbudova bəstəkarın “Yaşatdın məni”, “Çıx yaşıl düzə”, “Gəl bizim dağlara”, “Günəş ürəkli” və digər mahnılarını ifa ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR