Gələni il rep ifaçılarının respublika müsabiqəsi keçiriləcək

Gələni il rep ifaçılarının respublika müsabiqəsi keçiriləcək
# 20 dekabr 2006 10:30 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2007-ci ilin ilk aylarında rep ifaçılarının “Vətəndən vətənə doğru” adlı respublika müsabiqəsi keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin teatr sektorunun müdiri Nayilə İsmayılzadə məlumat verib. Onun sözlərinə görə, müsabiqəyə Azərbaycanın bütün bölgələrindən iştirakçılar qatıla biləcək: “Bu müsabiqənin keçirilməsində əsas məqsəd gənclərə vətənpərvərlik hissinin aşılanmasıdır. Yanvarda müsabiqənin ilkin mərhələsinə başlamağı düşünürük”. N. İsmayılzadə bildirib ki, gələn il üçün respublikada gənc kadrların iştirakı ilə teatr festivalının keçirilməsi də planlaşdırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR