“Eurovision”da Türkiyəni Kənan Doğulu təmsil edəcək

“Eurovision”da Türkiyəni Kənan Doğulu təmsil edəcək
# 20 dekabr 2006 10:58 (UTC +04:00)
2007-ci ildə Helsinkidə keçiriləcək 52-ci “Eurovision” musiqi yarışmasında Türkiyəni tanınmış müğənni Kənan Doğulu təmsil edəcək. APA-nın Türkiyə bürosunun məlumatına görə, K. Doğulu məşhur sənətçi Sezen Aksunun məsləhətindən sonra TRT-nin bu barədə təklifini qəbul etdiyini bildirib. O, “Eurovision” üçün üç mahnı hazırlayacağını açıqlayıb: “Hazırda dörd mahnı hazır vəziyyətdədir. Onlardan üçü üzərində dayanacağıq və bunlardan hansı qulağımıza xoş gəlsə, ona üstünlük verəcəyik”. Yarışmada türk, yoxsa ingilis dilində oxuyacağı barədə sualı cavablandıran sənətçi hələlik qəti qərar vermədiklərini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR