Bakı Musiqi Akademiyasının dosenti Gülşən Ənnağıyeva Rusiya Bəstəkarlar İttifaqının zalında solo konsertlə çıxış edib

Bakı Musiqi Akademiyasının dosenti Gülşən Ənnağıyeva Rusiya Bəstəkarlar İttifaqının zalında solo konsertlə çıxış edib
# 20 dekabr 2006 12:26 (UTC +04:00)
Tanınmış pianoçu, Bakı Musiqi Akademiyasının dosenti Gülşən Ənnağıyeva Rusiya Bəstəkarlar İttifaqının zalında solo konsertlə çıxış edib. APA-nın məlumatına görə, pianoçu proqramda müasir Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərini ifa edib. Konsertdə bəstəkar Elmir Mirzəyevin xüsusi olaraq bu layihə üçün yazdığı “Piano üçün beş üslub” əsəri də səslənib. Layihənin ideya müəllifi sənətşünaslıq elmləri doktoru Rauf Fərhadovdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR