Mahmud Kaşqarlının dörd cildlik “Divani-lüğəti-t-türk” əsərinin təqdimat mərasimi keçiriləcək

Mahmud Kaşqarlının dörd cildlik “Divani-lüğəti-t-türk” əsərinin təqdimat mərasimi keçiriləcək
# 21 dekabr 2006 09:33 (UTC +04:00)
Dekabrın 25-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Mahmud Kaşqarlının dörd cildlik “Divani-lüğəti-t-türk” (Türk dillərinin izahlı lüğəti) əsərinin təqdimat mərasimi keçiriləcək. Bu barədə APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib. Təqdimat mərasimində türk dünyasının bu əsəri Azərbaycan türkcəsinə nəşrə hazırlamış yaradıcı heyətin və bu nəşrə maddi dəstək vermiş Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin Mahmud Kaşqarlı Fondu tərəfindən mükafatlandırılması nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR