Sabah Şəkidə “Marafon-45” atüstü turist yürüşünə və Prezident Kuboku uğrunda çövkən milli oyununa start veriləcək

Sabah Şəkidə “Marafon-45” atüstü turist yürüşünə və Prezident Kuboku uğrunda çövkən milli oyununa start veriləcək
# 21 dekabr 2006 15:16 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dekabr 22-24-də Şəki rayonunda “Marafon-45” atüstü tusirst yürüşü və prezident kuboku çövkən milli oyunu keçirməyi nəzərdə tutub. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Marafonun keçirilməsində əsas məqsəd Azərbaycan xalqının atüstü milli oyunlarının qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması və kütləvilyin artırlımasıdır. Marafona dekabrın 22-də saat 9:00-da start veriləcək. Dekabrın 23-də birinci və ikinci yarimfinal oyunu keçiriləcək, Prezident Kuboku uğrunda çövkən milli oyununun təntənəli açılış mərasimi olacaq. Marafonun son günündə “Marafon-45” atüstü turist yürüşünün və Prezident Kuboku uğrunda çövkən milli oyununun qaliblərinin mükafatlandırılması və tədbirin rəsmi bağlanış mərasimi keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR