Minskdə “MDB dövlətlərinin kitabxanalar arası abonement sistemində kitabxana göndərişləri üçün güzəştli tariflərə dair saziş” layihənin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilir

Minskdə “MDB dövlətlərinin kitabxanalar arası abonement sistemində kitabxana göndərişləri üçün güzəştli tariflərə dair saziş” layihənin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilir
# 22 dekabr 2006 09:24 (UTC +04:00)
Minskdə “MDB dövlətlərinin kitabxanalar arası abonement sistemində kitabxana göndərişləri üçün güzəştli tariflərə dair saziş” layihənin razılaşdırılması üzrə ekspert qrupunun iki günlük iclası öz işinə başlayıb. Sözügedən sənəd MDB dövlətlərinin kitabxanalar arası abonement üzrə seksiyası tərəfindən hazırlanıb. Sənəddə güzəştli poçt tariflərinin tətbiqi üzrə təkliflər əks olunub. APA-nın məlumatına görə, iclasda iştirak etmək üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə dəvət gəlsə də, nümayəndə heyətimiz tədbirə qatıla bilməyib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycan nümayəndə heyəti ekspert qrupunun 2006-cı ilin 5-6 sentyabr tarixlərində keçirilən iclasında iştirak edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR