Fidan Hacıyeva ilk dəfə solo konsert verəcək

Fidan Hacıyeva ilk dəfə solo konsert verəcək
# 25 dekabr 2006 15:04 (UTC +04:00)
Yanvarın 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva ilk dəfə solo konsert verəcək. APA-nın məlumatına görə, sənətçi bununla bağlı keçirdiyi mətbuat konfransında konsertə xüsusi hazırlaşdığını, Azərbaycan bəstəkarlarının musiqiləri ilə yanaşı, yapon, ispan, italyan mahnılarını da ifa edəcəyini bildirib: “Konsert romans musiqisi axşamına həsr olunacaq. Eyni zamanda Siyavuş Kəriminin yeni oranjman etdiyi “Ayrılıq” musiqisini təqdim edəcəyəm. İlk solo konsertim olduğu üçün çox böyük həyəcan keçirirəm. Ancaq ümid edirəm ki, klassik musiqi pərəstişkarlarını razı sala biləcəyəm”. F. Hacıyeva bildirib ki, gələn ilin ilk aylarında bir sıra ölkələrə səfəri nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR