Vaxtilə Maestro Niyazinin yaşadığı binanın qarşısında xatirə lövhəsinin açılışı olub

Vaxtilə Maestro Niyazinin yaşadığı binanın qarşısında xatirə lövhəsinin açılışı olub
# 25 dekabr 2006 15:16 (UTC +04:00)
Bu gün vaxtilə Maestro Niyazinin yaşadığı binanın qarşısında mərhum dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə hazırlanmış xatirə lövhəsinin açılışı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Niyazi Azərbaycan mədəniyyətində xüsusi yert tutub və incəsənətimiz üçün əsl sənətkarlar yetişdirib. Xalq artisti Xuraman Qasımova isə Niyazinin Azərbaycan mədəniyyətini dünyaya tanıtdırdığını deyib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və başqaları da çıxış ediblər.
Qeyd edək ki, xatirə lövhəsinin müəllifi Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR