Bakı Dövlət Sirkində “Qış karuseli” başlayıb

Bakı Dövlət Sirkində “Qış karuseli” başlayıb
# 25 dekabr 2006 15:39 (UTC +04:00)
Yeni il bayramı və məktəblilərin qış tətili münasibətilə dekabrın 24-dən etibarən Bakı Dövlət Sirkində “Qış karuseli” adlanan proqramın nümayişinə başlanıb. APA-nın məlumatına görə, proqram çərçivəsində Rusiya Sirki, Belarus Dövlət Sirki, Böyük Moskva Sirki və Nikulinin Qızıl Sirkinin aktyorları çıxış edirlər. Sirk truppasının tərkibinə 30-a yaxın aktyor daxildir. Proqram yanvarın 10-na qədər davam edəcək. Qeyd edək ki, 4 sirkin aktyorlarının bir yerdə çıxış etməsi Bakı Dövlət Sirkinin tarixində ilk layihədir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR