Gəncə Mərkəzi Kitabxanasının nəzdində uşaq kitabxanası yaradılacaq

Gəncə Mərkəzi Kitabxanasının nəzdində uşaq kitabxanası yaradılacaq
# 09 yanvar 2007 15:37 (UTC +04:00)
Gəncə şəhər Mərkəzi Kitabxanasının nəzdində yeni uşaq kitabxanası yaradılacaq. Bu barədə APA-nın Qərb bürosuna Gəncə Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova məlumat verib. Onun sözlərinə görə, müasir avadanlıqlarla təchiz ediləcək kitabxanada internet şəbəkəsi vasitəsilə müxtəlif elektron kitabxanaların fəaliyyətindən yaralanmaq da mümkün olacaq. Kitabxanaya ayrı-ayrı ölkələrin uşaq ədəbiyyatlarından nümunələrin gətirilməsi də planlaşdırılır: “Bütün bu işlər layihə əsasında həyata keçiriləcək. Layihə artıq Yaponiya səfirliyinə təqdim olunub. Fikrimizcə, bu yaxınlarda müsbət cavab olacaq. Bundan sonra uşaq kitabxanasının formalaşdırılmasına başlanacaq”. M. Məlikovanın sözlərinə görə, kitabxana regionda uşaqların müasir biliklər almalarına yardımçı olacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR