“Nağıl nabatı” animasiya filminin çəkilişlərinə başlanacaq

“Nağıl nabatı” animasiya filminin çəkilişlərinə başlanacaq
# 10 yanvar 2007 13:44 (UTC +04:00)
“Azanfilm” Kinostudiyasında “Nağıl nabatı” animasiya filminin çəkilişlərinə başlanacaq. Bu barədə APA-ya studiyanın direktoru Elçin Hami Axundov məlumat verib. Animasiya filminin ssenari müəllifləri Rauf Dadaşov və Sara Nəzirovadır. R. Dadaşov eyni zamanda filmin rejissorudur. Direktorun sözlərinə görə, hələlik bu il bir animasiya filminin çəkilməsi planlaşdırılıb. E.H. Axundov bunun səbəbini kadr çatışmazlığı və maliyyə azlığı ilə əlaqələndirib: “Azərbaycanda animasiya filmlərinin istehsalı çox müşkül məsələdir. Hər birimiz uşaqlarımızı sevindirmək istəyirik, ancaq imkan çərçivəsində. Artıq gənc animatorların hazırlanması ilə bağlı hazırladığım layihə barədə nazirliyi məlumatlandırmışam və təklifim müsbət qarşılanıb. Layihə həyata keçirilsə, vəziyyət yaxşılaşacaq”. E.H. Axundov bildirib ki, bu günlərdə ötən ildən hazırlanan “Ayna” animasiya filmi təhvil verilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR