Müasir İncəsənət Mərkəzi fəaliyyətə başlayacaq

Müasir İncəsənət Mərkəzi fəaliyyətə başlayacaq
# 11 yanvar 2007 11:40 (UTC +04:00)
Yanvarın 16-da Azərbaycan Rəssamlar İttifaqının vəsaiti hesabına yaradılmış Müasir İncəsənət Mərkəzinin açılışı olacaq. İttifaqın üzvü Ənvər Qarayev APA-ya bildirib ki, bu mərkəz vaxtilə Miniatür Mərkəzi kimi fəaliyyət göstərib: “Bundan sonra Müasir İncəsənət Mərkəzi adl altında fəaliyyət göstərək mərkəzin açılması Azərbaycan Rəssamlar İttifaqı üçün çox önəmli hadisədir. Bu qurum ittifaqın nəzdində faəliyyət göstərəcək və müxtəlif layihələrin həyata keçirilməsinə xidmət edəcək”. Ə. Qarayev bildirib ki, Müasir İncəsənət Mərkəzinin yerləşdiyi binanın bərpa işlərinə 2005-ci ilin sonlarından başlanılıb və proses ötən ilin son günlərində yekunlaşıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR