Azər Zeynalov Belarusda konsert proqramı ilə çıxış edib

Azər Zeynalov Belarusda konsert proqramı ilə çıxış edib
# 12 yanvar 2007 12:27 (UTC +04:00)
Xalq artisti Azər Zeynalov bu günlərdə Belarusdan səfərdən qayıdıb. Bu barədə APA-ya məlumat verən sənətçinin sözlərinə görə, səfər çərçivəsində verdiyi konsert Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə baş tutub. Opera ifaçısı konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib. Sənətçinin sözlərinə görə, bu il Belarusda daha bir konsert proqramı ilə çıxış edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR