Tarzən Əyyub Quliyev Polşada konsert proqramı ilə çıxış edib

Tarzən Əyyub Quliyev Polşada konsert proqramı ilə çıxış edib
# 12 yanvar 2007 15:17 (UTC +04:00)
Polşanın tanınmış konsert salonlarından birində tarzən Əyyub Quliyevin konserti olub. Tarzənin atası, xalq artisti Ramiz Quliyev APA-ya bildirib ki, konsert proqramında ilk dəfə olaraq Azətbaycan bəstəkarının əsəri səslənib. Polşa Dövlət Simfonik Orkestrinin müşayiəti ilə baş tutan konsertdə Əyyub Quliyev Qara Qarayevin “Leyli və Məcnun” və Çaykovskinin “Romeo və Culyetta” əsərini ifa edib. Proqramın ikinci hissədində Əyyub Quliyev Belarus Dövlət Xor Kapellası ilə birgə çıxış edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR