Cabir Novruzun adı ilə bağlı müsabiqə keçiriləcək

Cabir Novruzun adı ilə bağlı müsabiqə keçiriləcək
# 15 yanvar 2007 10:06 (UTC +04:00)
Xalq şairi Cabir Novruzun adı ilə bağlı müsabiqə keçirilməsi planlaşdırılır. Müsabiqə “CNF producthion” şirkəti və Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə 14 nominasiya üzrə təşkil olunacaq. Bu barədə APA-ya “CNF producthion”un direktoru Müşfiq Cabiroğlu məlumat verib. Onun sözlərinə görə, hazırda layihə ilə bağlı danışıqlar gedir. Müsabiqə martın 12-də - şairin ad günü ərəfəsində keçiriləcək. Bununla bağlı şirkətin təşəbbüsü ilə şairin “Sevimli düşmən”, “Sən elə bir vaxtda” şeirlərinin efir variantı hazırlanacaq. M. Cabiroğlu bildirib ki, Cabir Novruzun “Ulduz” və “Azərbaycan” jurnallarında, “Ədəbiyyat” qəzetində redaktor işlədiyi dövrlərdən bəhs edən film də çəkiləcək. Film martın ilk ongünlüyündə təqdim olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR