Toto Kutunyo Bakıda konsert verəcək

Toto Kutunyo Bakıda konsert verəcək
# 15 yanvar 2007 10:35 (UTC +04:00)
Məşhur italyan müğənnisi Toto Kutunyo yanvarın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək. Bu barədə APA-ya Filarmoniyanın mətbuat xidmətindən məlumat daxil olub. İlk dəfə olaraq Azərbaycanda konsert verəcək dünya şöhrətli sənətçi “Səma necədə mavidir” adlı iki hissəli proqramla çıxış edəcək. Biletlərin qiyməti 100 manatdır. Konsertdən əvvəl və sonra T. Kutunyonun iştirakı ilə furşet təşkil olunması da nəzərdə tutulub. Furşetlərdə iştirak üçün ayrıca bilet almaq lazımdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR