Saranskda dünya etnoqraf və antropoloqlarının forumu keçiriləcək

Saranskda dünya etnoqraf və antropoloqlarının forumu keçiriləcək
# 16 yanvar 2007 08:35 (UTC +04:00)
5-9 iyun tarixlərində Saranskda ilk dəfə olaraq dünyanın etnoqraf və antropoloqlarının iştirakı ilə forum keçiriləcək. APA-nın məlumatına görə, forumda iştirak etmək üçün Rusiya, MDB ölkələri və uzaq xarici ölkələrdən 1000-dən artıq məktub daxil olub. Foruma Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Dağıstan, Qırğızıstan, Türkiyə, ABŞ, Yunanıstan, Yaponiya və digər ölkələrdən nümayəndələrin qatılması gözlənilir. Forum çərçivəsində 33 seksiya, 6 dəyirmi masa və 4 simpoziumun təşkil olunması nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR