Tiflisdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Tiflisdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 16 yanvar 2007 08:44 (UTC +04:00)
Tiflis şəhərinin “Pirosmani” sərgi mərkəzində uşaqlar arasında keçirilən və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, səfirlik tərəfindən azərbaycandilli məktəblərin şagirdləri arasında təşkil olunan müsabiqə ötən il noyabrın 1-dən dekabrın 1-nə qədər davam edib. Qalibləri Gürcüstan Bədii Akademiyasının rektoru Giya Buqadzenin rəhbərlik etdiyi Münsiflər Heyəti müəyyənləşdirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR