Moskvada Bülbülün diski hazırlanır

Moskvada Bülbülün diski hazırlanır
# 16 yanvar 2007 09:01 (UTC +04:00)
Moskvada Azərbaycanın tanınmış sənətkarı Bülbülün diski hazırlanır. Bunu APA-ya açıqlamasında Bülbülün Memorial Muzeyinin direktoru və sənətkarın həyat yoldaşı Ədilə Məmmədova deyib. Onun sözlərinə görə, diskin hazırlanması işləri ilə bağlı Polad Bülbüloğlu məşğul olur: “Bu gün Bülbülün ələ gələsi bir diski yoxdur. Ona görə də biz düşündük ki, onun yeni toplularını hazırlayaq və muzeyə daxil edək. Polad bildirdi ki, artıq disklər hazırlanma mərhələsindədir”. Ə. Məmmədovanın sözlərinə görə, toplu halında işıq üzü görəcək albom yaxın aylarda Bakıda olacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR