Bu ilin aprel-may aylarında Səudiyyə Ərəbistanında Azərbaycan mədəniyyət günləri keçiriləcək

Bu ilin aprel-may aylarında Səudiyyə Ərəbistanında Azərbaycan mədəniyyət günləri keçiriləcək
# 16 yanvar 2007 12:55 (UTC +04:00)
Bu ilin aprel-may aylarında Səudiyyə Ərəbistanında Azərbaycan mədəniyyət günləri keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Tofiq Abdullayev məlumat verib. Onun sözlərinə görə, tədbirlə əlaqədar yaxın vaxtlarda Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edəcək. T. Abdullayev Azərbaycan mədəniyyətinin təbliği yönündə 2007-ci ildə bu ölkədə daha bir neçə tədbirin keçirilməsinin planlaşdırıldığını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR