Gənc kinematoqrafçıların müsabiqəsinin qalibləri film çəkilişlərinə başlayıblar

Gənc kinematoqrafçıların müsabiqəsinin qalibləri film çəkilişlərinə başlayıblar
# 16 yanvar 2007 14:37 (UTC +04:00)
Ötən il Mədəniyyət və Turizm Nazirliyinin “Dərviş” Prodüser Mərkəzi ilə birgə həyata keçirdiyi gənc kinematoqrafçıların müsabiqəsinin qaliblərinin filmlərinin istehsalına başlanılıb. Mərkəzdən APA-ya daxil olan məlumata görə, müsabiqənin nəticəsinə əsasən Prodüser Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə iki sənədli və bədii film hazırlıq ərəfəsindədir. Hazırda mərkəz Azərbaycan ərazisində alban abidələri haqqında sənədli filmin çəkilişlərinə başlayıb. Filmin yaradıcı heyətində Azərbaycan, Gürcüstan, Niderland və İran kinematoqrafları təmsil olunub. Layihə əsasında istehsal olunacaq bədii film “Ev” adlanır. Filmin prodüseri Aynur Mustafayevadır. Hazırda filmin ssenarisi hazırlanır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR