Xalq artisti Amaliya Pənahova film və tamaşalarda oxuduğu mahnılara klip çəkdirəcək

Xalq artisti Amaliya Pənahova film və tamaşalarda oxuduğu mahnılara klip çəkdirəcək
# 16 yanvar 2007 15:10 (UTC +04:00)
Xalq artisti Amaliya Pənahova film və tamaşalarda oxuduğu mahnılara klip çəkdirəcək. Bu barədə APA-ya məlumat verən aktrisa uzun illər çəkdiyi əziyyətin itib-batmasını istəmədiyini deyib: “Həmin mahnıların hamısı tamaşa üçün yazılıb. Azərbaycan səhnəsində tamaşa üçün məxsusi mahnı yazılması mənim adımla bağlıdır”. A. Pənahova bildirib ki, baş rollarının ifaçısı olduğu “Unuda bilmirəm”, “Yağışdan sonra”, “Yalan”, “Təhminə və Zaur”, “Bizim qəribə taleyimiz”, “Nişanlı qız” və digər tamaşaların hər biri səhnədə min dəfədən artıq oynanılıb. Onun sözlərinə görə, həmin mahnılara çəkiləcək kliplər vaxtı ilə səsləndirildiyi tamaşaların mövzusuna uyğun olacaq: “Bu kliplərdə həmin tamaşalardan fraqmentlər də yer alacaq”. A. Pənahova oynadığı tamaşalarda səsləndirdiyi 18 mahnıdan ibarət diskin buraxıldığını deyib. Aktrisa mahnılara klip çəkdirməklə bağlı layihəsini yayda reallaşdırmağı planlaşdırdığını söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR