Xalq artisti Əbülfət Əliyevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Xalq artisti Əbülfət Əliyevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib
# 16 yanvar 2007 16:41 (UTC +04:00)
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Əbülfət Əliyevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, xatirə gecəsində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev mərhumun həyat və yaradıcılığından danışıb: “Əbülfət Əliyev 19 yaşından Filarmoniyanın solisti idi. Yüksək səs diapazonuna mailk olan sənətkar Azərbaycan mədəniyyətini daima dünyada təbliğ edib. O, Azərbaycan musiqisinə və mədəniyyətinə çox böyük töhfələr verib”. Xatirə gecəsi muğam ifaçılarının konserti ilə davam etdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR