Musa Yaqub: “Yeni şeirlərimi İsmayıl Buynuz təxəllüsü ilə yazıram”

Musa Yaqub: “Yeni şeirlərimi İsmayıl Buynuz təxəllüsü ilə yazıram”
# 17 yanvar 2007 10:01 (UTC +04:00)
“Şəhərin ədəbi mühiti əvvəlkindən çox fərqləndiyinə görə, məni çox sıxır. Təəssüflər olsun ki, qloballaşma və müstəqilliklə əlaqədar ədəbiyyatın müəyyən körpüləri sınıb, bir-birindən aralanıb, ümumiyyətlə ədəbi əlaqələr zəifləyib”. Bu açıqlamanı APA-ya şair Musa Yaqub verib. Ədəbi əlaqələrin ümumiyyətlə qırıldığını deyən şair artıq ədəbiyyat günlərinin, poeziya gecələrinin keçirilməməsindən gileylənib: “Bu günün ədəbiyyatçıları da bazar iqtisadiyyatı dövründə yaşayır. Ona görə də çox şeyləri bazara salmışıq, ədəbiyyatı da bazara salmışıq”. M. Yaqubun sözlərinə görə, bu gün ədəbiyyatı ayıran əsas səbəblərdən biri də bu bazar iqtisadiyyatıdır. Ancaq şair bu problemlərin zamanla həlli tapacağına ümid etdiyini də deyib: “Ədəbiyyat adamları arasında yaradıcılıqdan kənar mübahisələrin olmasını yaxşı qarşılamıram. Onlar əsərlərini ortaya qoysunlar, bir-birlərinə yol göstərsinlər. Yoxsa, intriqa aparmaq kimə lazımdır? Bunu etiraf etmək lazımdır ki, gənclərin arasında çox istedadlı şairlər var - Qulu Ağsəs, Salam, Səhər, Bəyim, Ramiz Qudyalçaylı kimi istedadlı gənc şairlərimizin olduğunu danmamamılıq”. Yaradıcılığından da söz açan şair bildirib ki, son şeirlərini İsmayıl Buynuz təxəllüsü ilə yazır. M. Yaqub deyib ki, bu günlərdə “Dünyanın lələ dərisi” poeamsını bitirib: “Poemada ümumi dərddən yazmışam. Çox təəssüflər ki, bu gün ya lələ şələni basır, ya da şələ lələni”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR