Xalq artisti Hacıbaba Bağırovun 75 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçiriləcək

Xalq artisti Hacıbaba Bağırovun 75 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçiriləcək
# 17 yanvar 2007 14:53 (UTC +04:00)
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında mərhum sənətkar, xalq artisti Hacıbaba Bağırovun 75 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçiriləcək. Bu barədə APA-ya teatrın direktoru, əməkdar mədəniyyət işçisi Elxan Ocaqov məlumat verib. Onun sözlərinə görə, artıq bununla bağlı hazırlıq işləri başlanılıb: “Yubileyə həsr olunmuş xatirə gecəsinin yüksək səviyyədə təşkil olunması üçün biz əlimizdən gələni əsirgəməyəcəyik. Bu, bizim mənəvi borcumuzdur və biz bu borcdan çıxmağa çalışacağıq”. E. Ocaqov bildirib ki, bununla bağlı tamaşanın hazırlanması da nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR