Şövkət Ələkbərovanın ifasında “Məhəbbət” mahnısının ekran versiyası bu günlərdə hazır olacaq

Şövkət Ələkbərovanın ifasında “Məhəbbət” mahnısının ekran versiyası bu günlərdə hazır olacaq
# 17 yanvar 2007 16:22 (UTC +04:00)
Şövkət Ələkbərovanın “Məhəbbət” mahnısına yeni ekran həyatı veriləcək. Bu barədə APA-ya “CNF production”un direktoru Müşfiq Cabiroğlu məlumat verib. Onun sözlərinə görə, hazırda ekran versiyasının üzərində işlər gedir və bu yaxınlarda işıq üzü görəcək: “Biz bir neçə korifey sənətkarın mahnılarının ekran variantını hazırlamağı düşünürük. Əminəm ki, bu layihə uğurla nəticələnəcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR