Yanvarın 22-dən 28-nə qədər Azərbaycanda Misir Filmləri Həftəsi keçiriləcək

Yanvarın 22-dən 28-nə qədər Azərbaycanda Misir Filmləri Həftəsi keçiriləcək
# 18 yanvar 2007 12:03 (UTC +04:00)
Misir Ərəb Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin direktoru İmam Bağdadi və bu ölkənin Azərbaycandakı səfiri Yusif əl-Şarkavi mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, İ. Bağdadi yanvarın 22-dən 28-nə qədər Azərbaycanda Misir Filmləri Həftəsinin keçiriləcəyini bildirib: “Həftə ərzində Mədəniyyət Mərkəzində azərbaycanlı tamaşaçılara Misirin köhnə və yeni filmləri nümayiş etdiriləcək. Filmlərin nümayişi zamanı Misir kinosunun tarixi haqqında məlumatların verilməsini də nəzərdə tutmuşuq”. İ. Bağdadinin sözlərinə görə, yanvarın 31-də Azərbaycan və Misirin qadın yazıçı və jurnalistlərinin müasir durumuna, fevralın 8-də isə əlil uşaqlara həsr olunmuş tədbir keçiriləcək: “Bununla yanaşı, qeyd etmək istəyirəm ki, mərkəzin kitabxanası azərbaycanlı tələbə və elmi işçilər üçün hər gün açıqdır. Kitabxanada nadir ensiklopedik kitablar, jurnallar və müxtəlif dövrlərə məxsus şəkillər yer alıb”. Tədbirdə çıxış edən Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Yusif əl-Şarkavi Azərbaycanla Misir arasında mədəni əlaqələrin genişlənməsi yolunda atılan addımları yüksək qiymətləndirib: “Bu cür tədbirlərin davam etdirilməsi üçün əlaqələrimizi daha da möhkəmləndirəcəyik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR