Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərində çoxlu sayda mədəniyyət müəssisələri qalıb

Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərində çoxlu sayda mədəniyyət müəssisələri qalıb
# 19 yanvar 2007 11:58 (UTC +04:00)
Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərində yüz minlərlə yaşayış evi, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, çoxlu sayda mədəniyyət müəssisələri qalıb. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirliyin məlumatına görə, 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rassamlıq məktəbi, 22 muzey və onların filialları, 4 rəsm qalereyası, dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 242 və yerli əhəmiyyətli 434 tarix və mədəniyyət abidələri işğal altındadır. Onların arasında 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər), Kəlbəcər rayonundakı Gəncəsar və Xudavənd məbədləri (hər ikisi XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndindəki məqbərə (XIV əsr) kimi ümumdünya əhəmiyyətli 6 memarlıq və 7 arxeologiya abidəsi, habelə Azərbaycanın musiqi beşiyi olan qədim Şuşa şəhər qoruğu var. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR