Tarzən Əyyub Quliyev Belostokda konsert proqramı ilə çıxış edəcək

Tarzən Əyyub Quliyev Belostokda konsert proqramı ilə çıxış edəcək
# 22 yanvar 2007 09:13 (UTC +04:00)
Yaxın aylarda tarzən Əyyub Quliyev Belostok şəhərində konsert verəcək. Bu barədə APA-ya məlumat verən tarzən bildirib ki, konsert çərçivəsində bir necə Azərbaycan bəstəkarının əsərlərini ifa etməyi planlaşdırır. Konsertə xalq artisti, tarzən Ramiz Quliyev də dəvət olunub. Proqrama Qərb simfonik klassik musiqisi və Azərbaycan bəstəkarlarının tar üçün yazdıqları konsertler daxil ediləcək. Ə. Quliyevin verdiyi məlumata görə, Belarus Dövlət Xor Kapellasının rəhbəri L. Yefimova onu gələn ay Minskdə Kapella və Belarus Dövlət Simfonik Orkestri ilə birgə konsert verməyə dəvət edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR