Tanınmış Ukrayna yazıçısı Mikola Miroş Niçenkonun Kiyevdə keçiriləcək yubiley tədbirində Azərbaycan Yazıçılar Birliyinin nümayəndə heyəti də iştirak edəcək

Tanınmış Ukrayna yazıçısı Mikola Miroş Niçenkonun Kiyevdə keçiriləcək yubiley tədbirində Azərbaycan Yazıçılar Birliyinin nümayəndə heyəti də iştirak edəcək
# 22 yanvar 2007 09:52 (UTC +04:00)
Yanvarın 31-də Kiyevdə tanınmış yazıçı-publisist, “Azərbaycan antologiyası”nın ukrain dilinə tərcüməçisi Mikola Miroş Niçenkonun 60 illik yubileyi qeyd olunacaq. Bu barədə APA-ya məlumat verən Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Ədalət Əsgəroğlunun sözlərinə görə, yubileydə AYB-nin nümayəndə heyəti də iştirak edəcək. Bununla yanaşı, yanvarın 29-da Zaporojets şəhərində Ədalət Əsgəroğlunun 50 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək. Tədbirdə iştirak etmək üçün Ə. Əsgəroğlu həmin şəhərə səfər edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR