Bakıda “Şərq və Qərb: Sivilizasiya və mədəni müxtəliflik” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək

Bakıda “Şərq və Qərb: Sivilizasiya və mədəni müxtəliflik” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək
# 22 yanvar 2007 16:17 (UTC +04:00)
Yanvarın 27-də “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar Cəmiyyətinin birgə təşkilatçiliği ilə Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumu keçiriləcək. Bu barədə APA-ya “Simurq” Azərbaycan Mədəniyyət Assoisiasiyasının vitse-prezidenti, professor Fuad Məmmədov məlumat verib. Forum çərçivəsində “Şərq və Qərb: Sivilizasiya və mədəni müxtəliflik” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək. Seminarda akademik Maqsud Əliyev və fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev çıxış edəcək. Bu layihə çərçivəsində “Şərq və Qərb dünya siviliizasiyası tarixi kontekstində: inkişaf xüsusiyyətləri və mədəniyyətlərin harmonizə olunması yolları” mövzusunda dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR