Mədəniyyət və Turizm Nazirliyi Bakıda fəaliyyət göstərən orta ixtisas musiqi məktəblərini texniki avadanlıqlarla təmin edəcək

Mədəniyyət və Turizm Nazirliyi Bakıda fəaliyyət göstərən orta ixtisas musiqi məktəblərini texniki avadanlıqlarla təmin edəcək
# 23 yanvar 2007 09:27 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi Bakıda fəaliyyət göstərən orta ixtisas musiqi məktəblərini texniki avadanlıqlarla təmin etməyə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbir bu prosesin başlanğıcıdır. Tədbir çərçivəsində bir neçə musiqi məktəbi müvafiq musiqi alətləri ilə təchiz olunacaq. Musiqi alətləri musiqi məktəblərinin rəhbərlərinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən təqdim olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR