Arif Babayev xarici ölkələrdə konsert verməyi planlaşdırır

Arif Babayev xarici ölkələrdə konsert verməyi planlaşdırır
# 23 yanvar 2007 10:39 (UTC +04:00)
Xalq artisti Arif Babayev bir sıra ölkələrdə konsert verməyi planlaşdırır. Bunu APA-ya xanəndənin özü deyib. A. Babayev bildirib ki, konsert proqramlarında yeni işləyib hazırladığı dörd muğam dəstgahını ifa edəcək. Onun sözlərinə görə, xarici səfərlər üçün bir sıra təkliflər var və hazırda bu təkliflər üzərində düşünür. Muğamın qalan üç dəstgahının hazırlanması üçün sponsora ehtiyac olduğunu vurğulayan A. Babayev bu layihənin də başa çatdırılacağına inanır: “Qalan 3 muğamın da işlənib hazırlanması bizim hər birimizə gərəklidir. İnanıram ki, yaxın zamanlarda bu muğamların da hazırlanması üçün sponsor tapılacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR