Aygün Bayramova: “Albomun əziyyətini biz çəksək də, bəhrəsini piratlar görür”

Aygün Bayramova: “Albomun əziyyətini biz çəksək də, bəhrəsini piratlar görür”
# 23 yanvar 2007 11:30 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Aygün Bayramova yeni albomunu tamamlamaq üzrədir. Bu barədə APA-ya məlumat verən xanəndənin sözlərinə görə, topluya bəstəkar mahnıları da daxil olacaq. Hazırda diskin üzərində son hazırlıq işləri gedir və fevralın ilk ongünlüyündə disk artıq muğamsevərlərin ixtiyarında olacaq: “Albomun əziyyətini biz çəksək də, bəhrəsini piratlar görür. Onlar mənim kimi sənətkarların çörəyini yeyirlər. Nə qədər qəribə olsa da, disk çıxmamış artıq mağazalarda satışda olur. Əgər mən bir neçə gündən sonra mağazalarda səsyazma studiyasında 3-4 gün əvvəl yazdırdığım mahnıalrdan ibarət kompakt-diskin satıldığını görsəm, təəccüblənmərəm. Çünki artıq bir neçə dəfədir ki, belə hallarla rastlaşıram”. A. Bayramova bu cür halların qarşısının alınmasının vacibliyini də vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR