Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının 70 illik yubileyi keçirilib

Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının 70 illik yubileyi keçirilib
# 23 yanvar 2007 17:01 (UTC +04:00)
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar kollektiv, Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bütün musiqisevərləri bayram münasibəti ilə təbrik edib. Nazir əməkdar kollektivə 70 il ərzində Azərbaycan mədəniyyətini layiqincə təbliğ etdiyinə görə minnətdarlığını bildirib: “Bu kollektiv dünyanın bir çox ölkələrində uğurla çıxış edib və Azərbaycan mədəniyyətini layiqincə təbliğ edib. 70 ili tamamlayan bu kollektivdə Azərbaycanın tanınmış simalarından Əminə Dilbazi, Afaq Məlikova, Rafiq Əzimov, Qorxmaz Qurbanov, Böyükağa Məmmədov çalışıblar. Dünyada şöhrət qazanmış kollektivin dövlət tərəfindən dəstəklənməsi təsadüfi hal deyil. Sizin fəaliyyətiniz bundan sonra daha da çox dəstəklənəcək”. Yubiley konsertində kollektivin ifasında “Vətən süitası”, “Çiçəklənən yurdum”, “Ay dili-dili”, “İnnabı”, “Xəyal” rəqsləri nümayiş etdirilib. Tədbirdə uzun illər bu kollektivdə çalışmış Böyükağa Məmmədov 80 illik yubileyi münasibəti ilə təbrik olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR