Folklorşünas Mahmud Allahmanlının “Krım-tatar ədəbiyyatı (problemlər, mülahizələr)” kitabı çapdan çıxıb

Folklorşünas Mahmud Allahmanlının “Krım-tatar ədəbiyyatı (problemlər, mülahizələr)” kitabı çapdan çıxıb
# 13 fevral 2007 09:32 (UTC +04:00)
Folklorşünas Mahmud Allahmanlının “Krım-tatar ədəbiyyatı (problemlər, mülahizələr)” adlı kitabı çapdan çıxıb. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyinin dəstəyi ilə işıq üzü görən kitab ADPU-nun nəşriyyatında nəşr olunub. Müşavirlikdən APA-ya verilən məlumata görə, kitabda böyük tarixi, mədəniyyəti olan Krım-tatarlarının şifahi və yazılı ədəbiyyatının problemlərindən söhbət açılıb. Müqayisəli folklorşünaslıq kontekstində Krım-tatar dastanları, nağılları araşdırılıb. Qeyd olunub ki, son yüzillikdə sürgün həyatı yaşamış bu xalqın özü ilə birgə mədəniyyəti, şifahi və yazılı ədəbiyyatı da böyük faciələrlə üzləşib, müxtəlif təqiblərə, itkilərə məruz qalıb. Kitabda Krım-tatarlarının məşhur sənətkarı Aşıq Ömərin (XVII əsrdə yaşayıb) yaradıcılığı tədqiq edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR