İlk dəfə olaraq gənc rejissorlar üçün “Yeni teatr” respublika festivalı keçiriləcək

İlk dəfə olaraq gənc rejissorlar üçün “Yeni teatr” respublika festivalı keçiriləcək
# 13 fevral 2007 09:47 (UTC +04:00)
İlk dəfə olaraq martın 10-17-də gənc rejissorlar üçün “Yeni teatr” respublika festivalı keçiriləcək. Layihə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq. İttifaqın yaradıcı şöbəsindən APA-ya bildirilib ki, festivalda Bakıda fəaliyyət göstərən teatrlarla yanaşı, Şəki, Lənkəran, Qazax, Lənkəran teatrları da tamaşalar nümayiş etdirəcək. Tamaşalar Aktyor Evində, “İbrus”, Yuğ, Bələdiyyə teatrlarının səhnəsində oynanılacaq. Festival çərçivəsində gənc rejissorlar üçün dəyirmi masaların keçirilməsi də nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR