Abdulla Şaiqin “Tıq-tıq xanım” əsəri ingiliscə nəşr edilib

Abdulla Şaiqin “Tıq-tıq xanım” əsəri ingiliscə nəşr edilib
# 23 fevral 2021 13:49 (UTC +04:00)

Abdulla Şaiqin 140 illik yubileyi münasibətilə onun "Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib.

Bu barədə APA-ya Abdulla Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbzadə bildirib.

O bildirib ki, kitabın təşəbbüskarı və tərcüməçisi görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev, illüstrasiyaların muəllifi isə Alex Bjelicadır.

"Tıq-tıq xanım" kitabını fevralın 24-dən 28-dək "Amazoncom" saytında elektron formada pulsuz olaraq əldə etmək mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR