Anar: “Yazıçılar Birliyinin qurultayı pandemiyadan sonra keçiriləcək”

Anar: “Yazıçılar Birliyinin qurultayı pandemiyadan sonra keçiriləcək”
# 02 mart 2021 11:18 (UTC +04:00)

“Azərbaycan Yazıçılar Birliyinin qurultayı pandemiya bitən kimi keçiriləcək.”

Bunu APA-ya açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar deyib.

O bildirib ki, pandemiya ilə əlaqədar 10 nəfərdən artıq yığışmağa icazə verilmir: “Yazıçılar Birliyi isə 10 nəfərlə qurultay keçirə bilməz”.

Qeyd edək ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 7 il əvvəl - 2014-cü keçirilib. Ötən il aprel ayında çağırılması planlaşdırılan XIII qurultay pandemiya ilə əlaqədar oktyabr ayına keçirilmişdi. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR