Gənc şair Ramil Əhmədin “Zaman tuneli” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.
Kitab Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində, “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə çap edilib.
Məqsəd istedadlı gənc Azərbaycan şair və yazıçılarının Türkiyədə tanıdılmasıdır.