Beynəlxalq Buker mükafatının qısa siyahısı açıqlanıb

Beynəlxalq Buker mükafatının qısa siyahısı açıqlanıb
# 22 aprel 2021 20:23 (UTC +04:00)

Beynəlxalq Buker (International Booker Prize) mükafatının qısa siyahısı açıqlanıb.

APA-nın mükafatın rəsmi saytına istinadən verdiyi xəbərə görə, qısa siyahıya ingilis dilinə tərcümə olunmuş altı əsər daxildir. 

Qısa siyahıya düşmüş əsərlər aşağıdakılardır. 

1. David Diop – "Gecə bütün qanlar qara rəngdədir". (Fransa)

2.Mariana Enrikez – "Yataqda siqaret çəkməyin təhlükələri" (Argentina)

3. Benjamin Labatut – "Dünyanı anlamağı dayandıranda" (Hollandiya)

4. Olqa Ravn – "Əməkdaşlar" (Danimarka)

5. Mariya Stepanova – "Yaddaşın xatirəsinə" (Rusiya)

6. Eric Vuillarda - "Yaddaşın müharibəsi" (Fransa)

Qalib iyunun 2-i elan olunacaq.

Qeyd edək ki, 2005-ci ildən təsis olunan Beynəlxalq Buker mükafatı ingilis dilinə tərcümə olunmuş və Böyük Britaniyada çap edilmiş əsərlərə verilir. 50 min funt-sterlinq dəyərində olan mükafat müəllif və tərcüməçi arasında bərabər bölünür.

Mükafatın ilk laureatı albaniyalı yazıçı İsmael Kadare olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR